USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya LGBTİ+ hərəkatını qadağan etmək üçün hərəkətə keçib

17.11.2023 Siyasət
0 0
Rusiya Ədliyyə Nazirliyi ölkədə LGBTİ+ hərəkatının fəaliyyətini qadağan etmək üçün məhkəməyə müraciət edib.

Rusiya Ədliyyə Nazirliyinin bəyanatında LGBTİ+ hərəkatının fəaliyyətində sosial və dini ayrılıq elementlərinin aşkar edildiyi bildirilib.

Bəyanatda bunun federal qanunu pozduğu və buna görə də LGBTİ+ hərəkatının “ekstremist” hesab edilməsi və ölkədə fəaliyyətinin qadağan edilməsi üçün Rusiya Ali Məhkəməsinə müraciət edildiyi qeyd edilib.

Rusiya prezidenti Vladimir Putinin ötən il imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər2” sırasına daxil edilib.