USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonada inflyasiya oktyabrda 2,9 faiz azalıb

17.11.2023 İqtisadiyyat
0 0
Avrozonada illik inflyasiya oktyabrda 2,9 faizə düşüb. Aylıq inflyasiya isə 0,1 faiz olub.

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumatlara görə, Avrozonada sentyabr ayında yüzdə 4,3 olan illik inflyasiya oktyabrda yüzdə 2,9 olaraq ölçülüb.

Avrozonada oktyabr ayında inflyasiya bir əvvəlki aya görə yüzdə 0,1 olaraq təyin olundu. Bölgənin aparıcı məlumatlarında oktyabr ayı inflyasiyası illik 2,9 faiz, aylıq isə 0,1 faiz olaraq açıqlanıb. Yekun məlumatlar ilkin məlumatları təsdiqləyib.

Aİ-də sentyabrda yüzdə 4,9 olan illik inflyasiya oktyabrda yüzdə 3,6 olaraq təyin olundu. 2022-ci ilin oktyabrında inflyasiya Avrozonada 10,6 faiz, Aİ-də isə 11,5 faiz təşkil edib.

Avrozonada inflyasiyanın 1,97 faizi xidmətlər, 1,48 faizi ərzaq, alkoqol və tütün məmulatları, 0,9 faizi isə qeyri-enerji sənayesi məhsullarının payına düşüb.