İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS ilə qarşıdurma bütün məqsədlərə nail olunana qədər davam edəcək.
İsrail hökuməti HƏMAS yaraqlıları tərəfindən əsir götürülən girovların azad edilməsi ilə bağlı razılaşma ilə bağlı “sərt, lakin düzgün” qərar qəbul etməli olacaq.
“Times of Israel” xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.