USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir Dövlət Xidmətinə yeni səlahiyyət verdi

29.12.2023 Siyasət
0 0
Dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək.

Kommersant.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda qeyd olunub.

XRİTDX tərəfindən mənfi rəy verildiyi halda şəhadətnamə verilməsindən imtina olunacaq.