USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan ələ keçirilən aktivlərə görə cavab tədbirləri görülməyə hazırlaşır

29.12.2023 Siyasət
0 0
Kremlin sözçüsü Dmitri Peskov, G7 ölkələrinin Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinə əl qoyacağı təqdirdə Rusiyanın ələ keçirəcəyi Qərbin aktivlərinin siyahısını hazırladıqlarını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə G7 ölkələrinin Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini ələ keçirmək cəhdlərini dəyərləndirib.

Rusiyanın aktivlərinə həbs qoyulmasını “oğurluq” kimi qiymətləndirən Peskov, “Bu, beynəlxalq iqtisadiyyatın əsas təməllərinə ciddi zərbə vuracaq və beynəlxalq iqtisadiyyatı sarsıdacaq” deyib.

Peskov Rusiyanın aktivlərinə həbs qoyulması halında hazırlıq gördüyünü izah edərək, “Həmsöhbətlərimizin gözlənilməzliyini və beynəlxalq hüququ və müxtəlif qanunları, o cümlədən öz qanunlarını pozmaq meylini anlayaraq, əlbəttə ki, mümkün cavablarımızı əvvəlcədən təhlil etdik” dedi.

Cavab olaraq müsadirə olunacaq əmlakların siyahısının hazırlanıb-hazırlanmaması ilə bağlı sualı cavablandıran Peskov “Əlbəttə, biz bunu hazırlamışıq” cavabını verib.

Qərb ölkələri Ukrayna ilə müharibədən sonra Rusiya Mərkəzi Bankına məxsus təxminən 300 milyard dollarlıq aktivləri dondurduğu halda, ABŞ-ın başçılıq etdiyi G7 ölkələri son vaxtlar sözügedən aktivlərə həbs qoyulması təşəbbüsü ilə çıxış ediblər.