USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

19.01.2024 Siyasət
0 0
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiyanın lazım olduğunu bildirib.

Kommersant.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşdə deyib.

"Fikrimcə, eləcə də bir sıra həmkarların düşüncəsinə görə, Ermənistan Respublikasının konstitusiyalara düzəlişə yox, yeni konstitusiyaya ehtiyacı var və geniş müzakirə predmeti olması üçün bu fikri deyirəm", - o deyib.

Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad var və onun əsasını Ermənistan SSR və qondarma "Dağlıq Qarabağ"ın "birləşməsi" barədə 1 dekabr 1989-cu il tarixli "birgə qərarı" təşkil edir.

Bu isə o deməkdir ki, işğal siyasəti və Azərbaycana qarşı ərazi iddiaları bu gün Ermənistanda qanunvericilik səviyyəsində möhkəmlənib. Beləliklə, anlaşılır ki, sülh sazişinin iimzalanması və mətninin ratifikasiya üçün təqdim olunması ölkənin əsas qanununa ziddir.

Məlumat üçün qeyd edək ki, bu Paşinyanın konstitusiyanı dəyişməyə ilk çağırışı deyil. Hələ 2023-cü ilin avqust ayında Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul olunmasının 33-cü ildönümündə bəyannaməni tənqid edib. Vovayeviçin sözlərinə görə, o bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən ondan sonra dəfələrlə oxuyub. Baş nazir etiraf edib ki, müharibədən əvvəl və sonra bəyannamənin mətni fərqli anlaşılır.

"Bəynnamənin mətninin kritik təhlili göstərir ki, biz nəticədə bizi SSRİ-nin hissəsinə çevirən düstura əsaslanan diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi daima qonşularımızla münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir", - Paşinyan deyib.