Borrell: Aİ xarici işlər nazirləri Qırmızı dənizdə missiya yaratmağa razılaşıblar.
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmaq barədə razılığa gəliblər. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel deyib.
"Bu missiyanın işə salınması ilə bağlı prinsipial razılıq əldə olunub, hazırda bu missiyanın müxtəlif variantları müzakirə olunur, onun nə vaxt və necə işə salınacağına qərar verilməlidir", - deyə o bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Borrel İsraillə Fələstinin Həmas hərəkatı arasında münaqişənin həlli, o cümlədən Fələstində dövlətin yaradılması planı hazırlayır. Qeyd olunur ki, Aİ diplomatiyasının rəhbəri münaqişənin həlli prosesinə ərəb ölkələri, ABŞ və BMT-ni cəlb etməyi planlaşdırır.