USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İsrailə bomba daşınmasını dayandırıb

08.05.2024 Siyasət
0 0
Təl-Əviv rəhbərliyinin Qəzzalıların sığındığı Rəfah şəhərinə qurudan hücuma qərar verməsindən sonra keçən həftə ABŞ-ın İsrailə bomba göndərişinin dayandırıldığı iddia edilib.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, məxfilik səbəbiylə adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir məmur daşıma ilə bağlı açıqlamalar verib.

Rəsmi İsrailə göndərilənlərin 1800 ədəd 900 kiloqramlıq və 1700 ədəd 225 kiloqramlıq bombadan ibarət olduğunu və bu bombaların sıx məskunlaşan bölgələrdə necə istifadə ediləcəyindən narahat olduqlarını iddia edib.

İsrailin qurudan Rəfaha hücum etmək qərarına gəldikdən sonra keçən həftə ABŞ-ın daşınmaların dayandırılmasına qərar verdiyini iddia edən səlahiyyətli, daşınmanın sonradan həyata keçirilib-keçirilməyəcəyinin aydın olmadığını bildirib.

İsrail ordusu dünən səhər saatlarında Rəfah bölgəsinə qurudan hücuma keçərək Qəzzanın Rəfah Sərhəd Qapısının Misirə açılan Fələstin tərəfini ələ keçirdiyini açıqlayıb.

Wall Street Journal (WSJ) qəzeti də dünən ABŞ-dakı Co Bayden administrasiyasının İsrailin Qəzzada istifadə etdiyi təxminən 6500 Birgə Birbaşa Hücum Sursatının (JDAM) satışını təxirə saldığını iddia edib.