USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski məhkum edilmiş əsgərlər haqqında qanunu təsdiqləyib

17.05.2024 Siyasət
0 0
Ukrayna prezidenti Vladimir Zelenski bəzi həbsxana məhbuslarının könüllü olaraq müqavilə əsasında hərbi xidmətə getməsinə icazə verən qanunu imzalayıb.

Parlamentin saytında Zelenskinin məhbusların silahlı qüvvələrdə könüllü iştirakı haqqında qanunu imzaladığı bildirilib.

Qanunda nəzərdə tutulub ki, kiçik cinayətlərə görə məhkum olunmuş məhbuslar məhkəmənin qərarı ilə müqavilə əsasında hərbi xidmət keçmək şərti ilə könüllü olaraq orduya çağırılırlar. Qanuna görə, ağır qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıq və milli təhlükəsizliyə qarşı cinayətlərdə təqsirli bilinənlər hərbçi ola bilməz.

Ukrayna parlamenti mayın 9-da Zelenskinin imzaladığı qanunu qəbul edib. Bildirilir ki, ölkədə 15 min ilə 20 min arasında məhbus hərbi xidmətə çağırıla bilər.