USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı pasportları açıqlanıb

28.05.2024 Siyasət
0 0
Beynəlxalq səyahətlər üçün ən vacib sənədlərdən biri olan pasportlar qiymətləri ilə maraq mövzusu olmağa davam edir. Türkiyə dünyanın ən bahalı pasportları siyahısında bu il zirvəyə yüksəlməklə diqqət çəkib.

Pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb. Ən çox ölkəyə vizasız gediş-gəliş və güclü pasportlar təklif edən ölkələrin yer aldığı Henley Pasport İndeksində 118 ölkəyə vizasız girişlə siyahıda 54-cü yerdə olan Türkiyənin pasport qiyməti maraq doğurur.

Türkiyə bu il dünyanın ən bahalı pasportları siyahısında birinci yerə yüksəlib. Türkiyədə 10 illik pasportun alınmasının qiyməti hazırda 8 min 623,30 TL-dir. Bu rəqəm 2024-cü il yanvarın 1-nə olan məzənnə ilə 292,4 dollara, bugünkü məzənnə ilə isə 268 dollara bərabərdir.

Dünyanın ən bahalı pasportları siyahısında ikinci yeri Meksika tutur. 10 illik Meksika pasportunun qiyməti təxminən 234 dollardır. Dünyanın 23-cü ən güclü pasportu olan Meksika pasportu ilə 161 ölkəyə vizasız səyahət etmək mümkündür.

Dünyanın üçüncü ən bahalı pasportu 228 dollara Avstraliyadadır. Dünyanın 5-ci ən güclü pasportu olan Avstraliya pasportu ilə 190 ölkəyə vizasız səyahət etmək mümkündür.

Dördüncü yerdə 167 dollarla ABŞ pasportu qərarlaşıb. Dünyanın 6-cı ən güclü pasportu olan ABŞ pasportu ilə 189 ölkəyə vizasız səyahət etmək olur.

Yeni Zelandiya 128 dollarla dünyanın beşinci ən bahalı pasportudur. Dünyanın 5-ci ən güclü pasportu olan Yeni Zelandiya pasportu ilə 190 ölkəyə vizasız səyahət edilir.

Almaniyada 10 illik pasportun qiyməti 41 dollardır. Yaponiyada 10 illik pasportun qiyməti 115 dollardır.

10 illik pasportun qiyməti Fransada 94 dollar, İtaliyada 126 dollar, İspaniyada 33 dollar, Sinqapurda 53 dollardır.