USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski: Çin Ukrayna Sülh Konfransını sabotaj edir

03.06.2024 Siyasət
0 0
Ukrayna prezidenti Vladimir Zelenski Çini Rusiyaya dəstək olaraq Ukrayna Sülh Konfransına qatılmamaq üçün digər ölkələrə təzyiq etməkdə ittiham edib.

Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumunda çıxış edən Zelenski iddia edib ki, Pekin administrasiyası Rusiyanın konfransa mane olmaq səylərini dəstəkləmək üçün təsir dairəsi olan ölkələrin liderlərinə və rəsmilərinə təzyiq göstərir. Ukrayna lideri deyib ki, “Rusiya regionda Çinin nüfuzundan və Çin diplomatlarından istifadə edərək konfransın keçirilməsinin qarşısını almaq üçün əlindən gələni edir”.

Çin kimi böyük bir müstəqil ölkənin Rusiya prezidenti Vladimir Putinin əlində alətə çevrilməsinin təəssüf doğurduğunu vurğulayan Zelenski, “Bu, təkcə Rusiyanı dəstəkləmək deyil, həm də müharibəni dəstəkləmək deməkdir” deyib.

Çin konfransda iştirak etməyəcək

Çin iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna Sülh Konfransına toplantının gözləntiləri doğrultmadığı səbəbilə qatılmayacağını bildirmişdi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, Ukrayna böhranının həlli üçün keçiriləcək sülh konfransının həm Rusiya, həm də Ukrayna tərəfindən tanınması, bütün tərəflərin bərabər iştirakının təmin edilməsi və bütün sülh planlarını müzakirə etməsi lazım olduğunu ifadə edərək, Moskva administrasiyasının görüşdə iştirak edəcəyini müdafiə edib.

Sözçüsü Mao, "Çinin müdafiə etdiyi prinsiplər ilə beynəlxalq ictimaiyyətin gözləntiləri və görüş tənzimləmələri arasındakı məsafəyə görə Çinin konfransda iştirakı mümkün olmayacaq" ifadəsini işlədib.