ABŞ-ın keçmiş prezidenti Tramp prezidentliyi dövründə bağlamağa çalışdığı sosial media platforması TikTok-da hesab açıb. Tramp TikTok-dakı ilk paylaşımında “Burada olmaq şərəfdir” deyib.
ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezidentliyi dövründə milli təhlükəsizlik səbəbilə qadağan etməyə çalışdığı sosial media platforması TikTok-a qoşulub.
Tramp ilk paylaşımını dünən axşam açdığı təsdiqlənmiş hesabından qısa bir video görüntüsü ilə edib.
O, videoda "Burada olmaq şərəfdir" deyib. Trampın hesabının açılmasından az sonra onun izləyicilərinin sayı bir milyonu keçib.
Xüsusilə noyabr ayında keçiriləcək prezident seçkilərində TikTok-dan gənc seçicilərə çatmaq üçün istifadə etdiyi şərh edilən Trampın ABŞ-da qadağan edilməsi müzakirə edilən sosial media platforması üçün də qazanc kimi dəyərləndirilir.
TikTok-un ABŞ-da 170 milyon istifadəçisi var.
Tramp həmçinin prezidentliyi dövründə milli təhlükəsizlik səbəbi ilə TikTok-u bağlamaq istəyib, lakin federal məhkəmə tərəfindən bloklanıb. Tramp gənc amerikalıları qəzəbləndirəcəyi səbəbilə bu il Konqres tərəfindən qəbul edilən TikTok qadağasına yol açan qanun layihəsinin əleyhinə olduğunu bildirib.
TikTok ABŞ Konqresində müzakirələri qadağan etdi
13 mart 2024-cü ildə ABŞ Nümayəndələr Palatası "Amerikalıların Xarici Düşmənlərin Nəzarət Etdiyi Tətbiqlərdən Müdafiəsi" adlı qanun layihəsini qəbul etdi və bu, TikTokun "milli təhlükəsizliklə bağlı problem yaratdığı" səbəbiylə ölkədə qadağan edilməsinin yolunu açıb.