USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Britaniyanın nümayəndələrinə qarşı sanksiyalar tətbiq edir

04.06.2024 Siyasət
0 0
Rusiya Xarici İşlər Nazirliyi İngiltərənin bəzi siyasi nümayəndələri, ekspertləri və jurnalistlərinin Rusiyaya qarşı "təxribatçı" və "düşmənçilik" siyasəti yürütdükləri səbəbiylə ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın Rusiyaya qarşı “təxribatçı” və “düşmənçilik” siyasəti yürütdüyünü və Ukraynaya dəstək verməklə müharibəni davam etdirmək niyyətində olduğunu bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Böyük Britaniyadan olan bəzi siyasi nümayəndə, ekspert və jurnalistlərin Rusiyaya girişinə qadağa qoyulduğu qeyd edilib. Lakin sanksiya tətbiq edilənlərin sayı daxil edilməyib.

Bəyanatda, "Britaniyanın Rusiyanı xüsusi hərbi əməliyyatı kontekstində beynəlxalq aləmdə nüfuzdan salmaq və təcrid etmək cəhdlərinə qəti və sərt reaksiya verməyə davam edəcəyik. Londonu Ukraynaya hərbi dəstək verməkdən imtina etməyə çağırırıq" ifadələrindən istifadə olunurdu.