İsrailin Buxarestdəki səfirliyinə molotof kokteyli ilə hücum edildiyi bildirilib.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada bir şəxsin təhlükəsizlik yoxlamasından keçərkən səfirlik binasının foyesinə gedən qapıya molotof kokteyli atdığı bildirilib.
Açıqlamada yerli təhlükəsizlik qüvvələrinin hücumu həyata keçirən şəxsi saxladığı və hadisədə ölən və yaralanan olmadığı qeyd edilib. Rumıniya polisinin cinayətkarı dindirdiyi qeydə alınıb.