USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran iş saatlarını tənzimləyir, enerjiyə qənaət edir

04.06.2024 Siyasət
0 0
İranda hava istiliyinin artması ilə əlaqədar artan enerji istehlakının qarşısını almaq üçün dövlət qurum və təşkilatlarında iş saatları tənzimlənib. Buna görə, ictimai qurum və təşkilatlarda iş saatları sabahdan etibarən 06.00-13.00 arasında olacaq.

Nazirlər Kabinetinin enerji qənaəti çərçivəsində aldığı qərara görə, İranda dövlət qurumlarının yeni iş saatları 06.00-13.00 arasında olacaq.

Dövlət qurumlarında ətraf mühit istiliyinin 24 dərəcəyə uyğunlaşdırılacağı tətbiq ilə iş saatlarında yüzdə 30, iş saatlarından sonra isə yüzdə 60 qənaət edilməsi gözlənilir. İranda kondisionerlərin işə düşdüyü yay aylarında ölkədə elektrik enerjisi çatışmazlığı yaşanır. Bu səbəbdən də zaman-zaman elektrik enerjisində fasilələr olur.