USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistanda isti havalarda 51 nəfər ölüb

11.06.2024 Siyasət
0 0
Hindistanda iyunun əvvəlindən isti hava şəraiti səbəbindən 51 nəfər ölüb. Son üç gündə ölənlərin sayı 8 olaraq açıqlanıb.

Hindistana təsir edən həddindən artıq istilər həyata mənfi təsir etməkdə davam edir. Ölkənin şərqində yerləşən Odişa səlahiyyətliləri, son 72 saat ərzində onlarla insanın istilik vurması şikayəti ilə xəstəxanalara müraciət etdiyini açıqlayıb.

Səlahiyyətlilər əyalətdə istilər səbəbiylə 8 nəfərin həyatını itirdiyini və istilərin artacağını qeyd edib.

Səlahiyyətlilər əhaliyə həddindən artıq istidən qorunmaq üçün xəbərdarlıq edib.

Temperatur 50 dərəcəni keçib

Hindistan Meteorologiya Departamenti (IMD) rəsmiləri ölkədə indiyə qədər ən uzun istilik dalğasının yaşandığını və son vaxtlar bəzi bölgələrdə temperaturun 50 dərəcəni keçdiyini açıqlayıb.

Meteorologiya Departamentindən Mrutyunjay Mohapatra "Indian Express" qəzetinə "Bu, ən uzun sürən istilik dalğası olub. Ölkənin müxtəlif bölgələrində həddindən artıq istilər təxminən 24 gündür davam edir" deyib.