USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin prezidenti Si Rusiyaya səfər edəcək

05.05.2025 Siyasət
0 0
Çinin sədri Si Cinpin mayın 7-10-da Rusiyaya rəsmi səfər edəcək. Səfər İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi çərçivəsində Moskvada keçiriləcək Qələbə günü mərasimlərinə təsadüf edir.

Çin prezidenti Xi Jinping gələn həftə Rusiyaya səfər edəcək.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, prezident Si mayın 7-dən 10-dək Rusiyaya rəsmi səfər edəcək və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün Qələbə Günü şənliyində iştirak edəcək.

Kreml bəyanatında həmçinin qeyd olunub ki, Xi Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək və iki lider “hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət”in irəlilədilməsi, beynəlxalq və regional gündəmlə bağlı fikir mübadiləsi aparacaqlar.

Bəyanatda səfər zamanı tərəflər arasında ikitərəfli sazişlərin də imzalanacağı bildirilib.

Çin prezidenti Si Ukrayna müharibəsi başlayandan bəri üçüncü dəfədir Rusiyaya səfər edir.