ABŞ və Çin ticarət gərginliyini azaltmaq üçün qarşılıqlı tarifləri azaltmaq qərarına gəliblər. Ortaq açıqlamada Çinin ABŞ-dan idxal etdiyi mallara tətbiq etdiyi 125 faizlik verginin 90 gün müddətində 10 faizə endirildiyi bildirilib. ABŞ Çindən gələn məhsullara tətbiq edilən 145 faizlik vergini 30 faizə endirib.
ABŞ və Çin qarşılıqlı olaraq tarifləri azaltmaq qərarına gəliblər. Birgə bəyanatda hər iki ölkənin 90 gün müddətində gömrük rüsumlarında müvəqqəti azalma həyata keçirəcəyi bildirilib.
Bu çərçivədə Çin ABŞ-dan idxal edilən məhsullara tətbiq edilən 125 faizlik gömrük rüsumunu 10 faizə endirib. ABŞ Çindən idxal edilən mallar üçün vergi dərəcəsini 145 faizdən 30 faizə endirib.
ABŞ Maliyyə Naziri Bessentin bəyanatı
ABŞ-ın maliyyə naziri Skott Bessent məsələ ilə bağlı açıqlama verib. "Bizim çox məhsuldar danışıqlarımız oldu və inanıram ki, Cenevrə gölündəki bu məkan çox müsbət prosesə böyük sakitlik gətirdi. Biz 90 günlük fasilə və tarif səviyyələrinin əhəmiyyətli dərəcədə azaldılması barədə razılığa gəldik. Qarşılıqlı tariflərdə hər iki tərəf öz tariflərini 115 faiz azaldacaq", - Bessent mətbuat konfransında deyib.
Bazarlarda son vəziyyət necədir?
ABŞ və Çinin qarşılıqlı tarif endirimlərini elan etməsindən sonra bazarlarda hərəkətlilik yaşanıb. Qızılın bir unsiyasının qiyməti təxminən 3 faiz ucuzlaşaraq 3228 dollar olub. Dollar İndeksi 101.159-a kimi geriləyərək son bir ayın ən aşağı səviyyəsinə çatıb.
Neft bazarında artım müşahidə olunub. Brent markalı neftin barreli 2,11 dollar artaraq 66,02 dollara, Qərbi Texas nefti isə 2,12 dollar artaraq 63,14 dollara satılıb.