USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Tramp: Mən də İstanbula gedə bilərəm

12.05.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya nümayəndə heyətlərinin cümə axşamı İstanbulda keçiriləcək kritik görüşü ilə bağlı açıqlama verib.

ABŞ prezidenti Tramp, "Rusiya və Ukrayna ilə cümə axşamı günü (İstanbulda) keçiriləcək görüş çox əhəmiyyətlidir. Düşünürəm ki, bu görüşdən yaxşı şeylər çıxa bilər" fikirlərini səsləndirib.

ABŞ prezidenti Tramp: Mən də İstanbula gedə bilərəm

İstanbulda keçiriləcək sülh danışıqları ilə bağlı "ümidli" olduğunu ifadə edən Tramp, danışıqlarda iştirak etmək üçün Türkiyəyə gəlməyi düşündüyünü bildirib.

"Prezident Ərdoğan böyük ev sahibi olacaq"

Tramp, "Cümə axşamı Türkiyədə keçiriləcək toplantını qiymətləndirməyin. Prezident Ərdoğan əla ev sahibi olacaq. Suriya ilə bağlı da prezident Ərdoğanla bəzi məsələlər üzərində işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməmiz lazım gələcək. Yaxın Şərqdə bir yerdə olacam, amma faydalı olacağını düşünürəmsə, ora uça bilərəm” deyib.