USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişir

16.05.2025 Siyasət
0 0
Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişir.

Kommersant.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunverciliyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il martın 31-dək Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.