USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran prezidenti Pezeşkian: Qərb bizim sülh mesajımızı qəbul etmədi

18.05.2025 Siyasət
0 0
İran prezidenti Məsud Pezeşkian, "Məqsədimiz hamıya dostluq və yoldaşlıq əli uzatmaq idi. Onlar dünyada İran əleyhinə zehniyyət yaratmaq və region ölkələrini bir-birinə qarşı qoymaq istəyirlər" deyib.

İran prezidenti Məsud Pezeşkian ölkəsinin xarici siyasətdə verdiyi sülh mesajlarının Qərb tərəfindən diqqətdən kənarda qaldığını qeyd edərək, "Məqsədimiz hər kəsə dostluq və yoldaşlıq əli uzatmaq idi. Onlar dünyada İran əleyhinə bir zehniyyət yaratmaq və region ölkələrini bir-birinə qarşı qoymaq istəyirlər" deyib.

Tehran Dialoq Forumunun açılışında keçirilən paneldə qonaqlar qarşısında çıxış edən Pezeşkian bildirib ki, İsrailin Qəzzada törətdiyi soyqırım və müharibə cinayətlərini dayandırmaq üçün region ölkələri effektiv və birgə hərəkət etməlidir.

“Biz İslam ölkələri günahkarıq”
İslam ölkələri ortaq mövqe tutsaydı, İsrailin bu qədər asan cinayət törədə bilməyəcəyini bildirən Pezeşkian, "Biz İslam ölkələri günahkarıq. Bütün fikir ayrılıqlarımızı bir kənara qoyub bir-birimizi qəbul etməliyik. İslam ölkələri olaraq bir-birimizin haqqına hörmət etməli, bölgə xalqlarının hüquqlarını birlikdə müdafiə etməliyik. Bu halda cinayətlər asan baş verməyəcək" söyləyib.

Pezeşkian, "İsrailin bu gün etdikləri insanları evlərindən didərgin salıb öldürməkdən başqa bir şey deyil. Bütün insanların, heyvanların, bütün canlıların hüquqları var və biz onların hüquqlarını qorumalıyıq. Hər canlının yeri var və bu hüquqa məhəl qoyulmamalıdır, əks halda onun təsiri bizə qayıdacaq" deyib.