Avropa İttifaqı Brexit-dən sonra Böyük Britaniya ilə münasibətlərdə yeni səhifə açır. Aİ ilə Böyük Britaniya arasında imzalanan Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı sazişi ilə London Aİ-nin müdafiə proqramlarında iştirak edə biləcək. Bu addım tərəflər arasında strateji əməkdaşlığı gücləndirəcək.
Böyük Britaniya ilə Brexit-dən sonrakı ilk zirvə görüşündən əvvəl Avropa İttifaqı (Aİ) Londona İttifaqın müdafiə proqramlarında iştirak etmək imkanı verəcək saziş üzrə razılığa gəlib.
Zirvə ilə bağlı açıqlama verən AB rəsmisi, İngiltərənin Brexitdən sonra ilk dəfə Aİ ilə bu səviyyəli əməkdaşlığa girəcəyini ifadə edərək, "Bu, Böyük Britaniya ilə əlaqələrimizdə yeni bir dövrə girdiyimizi göstərir" dedi və Londonu "qonşu, müttəfiq və qlobal tərəfdaş" olaraq xarakterizə etdi.
“Biz yeni strateji tərəfdaşlığa doğru irəliləyirik”
Rəsmi danışıqların son ana qədər davam etdiyini, lakin hər iki tərəfin qırmızı xətlərini qoruduğunu bildirib. Britaniyanın Aİ-nin müdafiə proqramlarında iştirakını təmin edəcək "Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı"nın qurulacağını açıqlayan rəsmi "Biz yeni səhifə açırıq. Yeni strateji tərəfdaşlığa doğru irəliləyirik".
Böyük Britaniya 1973-cü ildə qoşulduğu AB-ni 31 yanvar 2020-ci ildə tərk etdi. Keir Starmerin 5 iyul 2024-cü ildə baş nazir vəzifəsinə keçməsi ilə Brüssel-London xəttində yenidən müsbət bir gündəm yarandı.
Aİ-nin müdafiə strategiyası
Aİ-nin “SAFE” adlanan və mart ayında qəbul edilən yeni müdafiə strategiyası 2030-cu ilə qədər müdafiə xərclərini artırmağı, birgə layihələrə investisiya yatırmağı və istehsal gücünü genişləndirməyi hədəfləyir.