USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreml: Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda olacaq

30.05.2025 Siyasət
0 0
Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında sülh danışıqlarının ikinci raundu ilə bağlı deyib: "Rusiyalı danışıqlar qrupu İstanbula yola düşür. Onlar bazar ertəsi səhər Ukrayna ilə danışıqların ikinci raunduna hazır olacaqlar".

Rusiya ilə Ukrayna arasında üç ildir davam edən müharibəyə son qoymaq üçün başlayan sülh danışıqlarında yeni “sülh masası”nın harada qurulacağı ilə bağlı müzakirələr davam edərkən, həm Rusiya, həm də Ukraynadan bir-birinin ardınca bəyanatlar səslənir.

Danışıqların İstanbulda keçirilməsi planlaşdırılırdı
Kremlin sözçüsü Dmitri Peskov, "Növbəti görüş İstanbulda ola bilər. Birinci tura ev sahibliyi edən ölkəyə üstünlük verərdik" deyərkən, Ukrayna prezidenti Zelenski də danışıqlar üçün Türkiyəyə işarə edib.

Onlar iyunun 2-də İstanbulda olacaqlar
Kreml Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda keçiriləcək görüşün ikinci mərhələsinə iyunun 2-də hazır olacaqlarını açıqlayıb.

Ukrayna heyəti ilə İstanbulda görüşməyə hazır olduqlarını bildirən Kreml, "Ən yüksək səviyyəli danışıqlar yalnız heyətlərarası danışıqların nəticələri əldə edildikdən sonra baş tutacaq" açıqlamasını verib.

Atəşkəs şərtlərinin İstanbulda müzakirə ediləcəyini açıqlayan Kreml, "Memorandumun həm Rusiya, həm də Ukrayna variantları İstanbulda müzakirə olunacaq, lakin detallar ictimaiyyətlə paylaşılmayacaq" dedi.