USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa prezidenti Makron: Fələstin dövlətini tanımaq “mənəvi borcdur”

30.05.2025 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımağın “mənəvi borc” olduğunu bəyan edib.

Makron Sinqapur səfəri zamanı keçirdiyi mətbuat konfransında Fələstinlə bağlı açıqlamalar verib.

“Fələstin dövlətini tanımaq mənəvi borcdur”
Fələstin dövlətinin tanınmasının mənəvi borc və siyasi zərurət olduğunu vurğulayan Makron, bu tanınmanın reallaşması üçün qarşılanmasını gözlədiyi şərtlərdən danışıb.

Bu çərçivədə Makron Fələstin dövlətinin İsraili tanıması və bu ölkənin təhlükəsiz yaşamaq haqqını tanıması, HƏMAS-ın tərksilah edilməsi, HƏMAS-ın Fələstin rəhbərliyinə qoşulmaması və məhbusların azad edilməsi kimi şərtləri açıqlayıb.

İsrail yaxın saatlarda və günlərdə Qəzza zolağındakı humanitar vəziyyətə uyğun həll təklif etməsə, Makron bu ölkəyə qarşı daha sərt ortaq mövqe nümayiş etdirilməsi lazım olduğunu vurğulayıb.

Fransa prezidenti bəyan edib ki, belə bir halda Avropa İttifaqı (Aİ) öz qaydalarına əməl etməli, insan hüquqlarına hörməti ilkin şərt hesab edən proseslərə son qoymalı və sanksiyalar tətbiq etməli olacaq.