USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbuldakı kritik sammitdən əvvəl Rusiya ilə Ukrayna arasında dünən nə baş verdi?

02.06.2025 Siyasət
0 0
Ukraynanın təxminən 1,5 illik hazırlıqdan sonra başladığı və “Hörümçək toru əməliyyatı” adlandırdığı hücumlar Rusiyanın daxili bölgələrindəki strateji hava bazalarını hədəf alıb. Ukrayna mənbələri 117 PUA ilə həyata keçirilən əməliyyatda 40-dan çox bombardmançı təyyarənin vurulduğunu və Rusiyanın təxminən 7 milyard dollar zərər gördüyünü iddia edib. Rusiya hücumların əksəriyyətinin qarşısı alındığını iddia edərək, baş verən yanğınların nəzarət altına alındığını açıqlayıb. İstanbulda sülh danışıqlarından əvvəl yaşanan bu münaqişənin danışıqların gedişinə təsir göstərə biləcəyi düşünülür.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi və “Hörümçək toru əməliyyatı” adlı genişmiqyaslı hücumlarda Rusiyanın daxili bölgələrindəki bir neçə hava bazası hədəfə alınıb. Ukrayna mənbələrinin məlumatına görə, hücumlar çoxdan planlaşdırılıb və əməliyyat təxminən 1,5 illik hazırlıqdan sonra həyata keçirilib.

Ukrayna mətbuatına danışan mənbələr 40-dan çox rus bombardmançısının vurulduğunu iddia edib. Ukrayna prezidenti Vladimir Zelenski bazar günü axşam sosial media hesablarından verdiyi açıqlamada hücumları koordinasiya edən SBU-nun rəisi Vasil Malyuku təbrik edib.