USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İddia: ABŞ İrana müəyyən müddət ərzində aşağı səviyyəli uranı zənginləşdirməyə icazə verəcək

03.06.2025 Siyasət
0 0
İddia edilib ki, ABŞ-ın İrana təqdim etdiyi nüvə sazişi təklifi layihəsində Tehrana “müəyyən müddət ərzində aşağı səviyyəli uranı zənginləşdirməyə icazə veriləcək” deyilir.

Axios xəbər platformasının nüvə sazişi təklifi layihəsində yer alan maddələrdən xəbəri olan iki mənbəyə əsaslanan hesabatında Vaşinqtonla Tehran rəhbərliyi arasında tez-tez gərginliyi artıran nüvə danışıqları ilə bağlı yeni bir iddia irəli sürülüb.

Xəbərdə ABŞ administrasiyasının İrana müəyyən müddət ərzində aşağı səviyyəli uranı zənginləşdirməyə icazə verəcəyi iddiasının İranın uranı zənginləşdirməsinə icazə verməyəcəyinə dair bəyanatları ilə ziddiyyət təşkil etdiyinə diqqət çəkilib.

Bildirilib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun mayın 31-də İrana təqdim etdiyi nüvə sazişi təklifi layihəsində danışıqların növbəti raundunda müzakirə olunacaq “ilkin ideyalar” yer alıb.

Layihəyə görə, İrana mülki məqsədlər istisna olmaqla, yerli zənginləşdirmə qabiliyyətini inkişaf etdirməyə icazə verilməyəcək və razılaşmadan sonra müəyyən müddət ərzində uranın zənginləşdirmə dərəcəsini 3 faizə endirməli olacaq.

İran-ABŞ nüvə danışıqları və Trampın təklifi
İran və ABŞ arasında nüvə danışıqları prosesi davam edərkən, Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas fikir ayrılıqları nöqtəsi olaraq qalır.