USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya iqtisadiyyatı həyəcan təbili çalır: Reşetnikov: Biz tənəzzül astanasındayıq

19.06.2025 Siyasət
0 0
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov iqtisadiyyatın soyuma prosesində olduğunu və biznes göstəricilərinin tənəzzül astanasına işarə etdiyini açıqlayıb.

Rusiya İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov, rəqəmlərə görə Rusiya iqtisadiyyatının soyuma prosesində olduğunu ifadə edərək, "İş dünyasının vəziyyətinə və göstəricilərinə baxdığımızda tənəzzülə girmək ərəfəsindəyik" dedi.

“Mövcud faiz dərəcələri həm yeni layihələrə, həm də investisiyalara mane olur”
Reşetnikov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində təşkil olunan "İqtisadiyyat üçün təkliflər" adlı paneldə çıxış edib.

Rusiya iqtisadiyyatının birinci rübdə güclü performans göstərməsinə baxmayaraq, investisiyalardakı artımın yavaşladığını ifadə edən Reshetnikov, "Mövcud faiz dərəcələrinin yalnız kreditlərlə yeni layihələrə girməyi deyil, həm də fondlara sərmayə qoymağı ciddi şəkildə əngəllədiyini görürük" dedi.

“Biz tənəzzülə girmək ərəfəsindəyik”
Reshetnikov, Rusiya iqtisadiyyatının mövcud faizlərə görə girdiyi soyutma prosesinə işarə edərək, "Rəqəmlərə baxdıqda bir soyutma var, amma rəqəmlər geridə qalır. İş dünyasının hazırkı durumuna və göstəricilərinə baxdıqda mənə elə gəlir ki, tənəzzülə girmək ərəfəsindəyik" söyləyib.

“Hər şey verəcəyimiz qərarlardan asılıdır”
Sözügedən şərhin proqnoz olmadığını vurğulayan Reshetnikov, "Sadəcə tənəzzülün astanasında olduğumuzu düşünürəm. Davam edən prosesdə hər şey alacağımız qərarlardan asılı olacaq" dedi.