USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya öz sərhədləri daxilində ilk raket sınağını keçirib

25.06.2025 Siyasət
0 0
Yaponiya öz sərhədləri daxilində ilk raket təlimini keçirdiyini açıqlayıb.

Yaponiya hərbi rəsmiləri ölkənin şimalındakı Hokkaydo adasındakı atış poliqonunda raket təliminin keçirildiyini açıqlayıb. Rəsmilər bildiriblər ki, ölkə sərhədlərində keçirilən ilk raket təliminə Müdafiə Qüvvələrindən 300-ə yaxın əsgər qatılıb.

Nəticələr hələ də qiymətləndirilir
Təlimin təxminən 40 kilometr dənizdə pilotsuz qayığa qarşı Type-88 qısa mənzilli gəmi əleyhinə raketlərlə aparıldığını qeyd edən səlahiyyətlilər, nəticələrin hələ də qiymətləndirildiyini bildirib. Yaponiya bundan əvvəl ABŞ və Avstraliya kimi digər ölkələrin ərazisində də raket sınaqları keçirib.