USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya avqustun sonuna qədər benzin ixracına qadağa qoyub

29.07.2025 Siyasət
0 0
Rusiya hökuməti avqustun 31-dək benzin ixracına müvəqqəti qadağa qoyub.

Rusiya hökuməti verdiyi yazılı açıqlamada ölkənin yanacaq bazarında sabitliyin qorunması üçün tədbirlər görüldüyünü bildirib. Bəyanatda həmçinin qeyd olunub ki, benzin ixracı avqustun 31-dək müvəqqəti olaraq qadağan edilib.

İyulun 9-da Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkədə yanacağın bahalaşması ilə bağlı sənaye nümayəndələri ilə görüş keçirib və lazımi tədbirlərin görülməsi barədə göstəriş verib.