USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa: Fələstini tanımaq qərarımız digər ölkələrə bu məsələdə təkan verə bilər

29.07.2025 Siyasət
0 0
Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib ki, Fransanın Fələstin dövlətini tanımaq qərarı digər Qərb ölkələrinə də eyni addımı atmaq üçün "sürət" verə bilər.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot səudiyyəli həmkarı Feysəl bin Fərhan ilə Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həll yolunun həyata keçirilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Yüksək Səviyyəli Beynəlxalq Konfransı çərçivəsində keçirdiyi birgə mətbuat konfransında danışıb.

Barrot Qəzzadakı hadisələri "insanlığa və əziz tutduğumuz dəyərlərə qarşı hücum" kimi qiymətləndirərək, Fələstinlə bağlı konfransa həmsədrlik etməklə "beynəlxalq ictimaiyyəti bir araya gətirmək və BMT, Misir və Qətərin rəhbərlik etdiyi atəşkəs danışıqları üçün lazımi siyasi üfüq yaratmaq istədiklərini" bildirib.

Bu arada Barrot Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq qərarını xatırladaraq, "Bu, Fransanın müdafiə etdiyi tarixi mövqedir və problemin həllində irəliyə doğru tək yoldur" deyib.

Beynəlxalq ictimaiyyətin iki dövlətli həlli qəbul etməkdən imtina edəcəyi təqdirdə İsrailə qarşı yeni təzyiq alətləri və ya sanksiyalar tətbiq edəcəyi ilə bağlı mətbuatın suallarını cavablandıran Barrot, “Avropa Birliyinin (AB) İsraildən tələbləri aydındır” cavabını verib.

Barrot qeyd edib ki, Aİ İsraildən Fələstin Muxtariyyətinə qarşı maliyyə blokadasını qaldırmağı və 2 milyard avroluq borcunu ödəməyi tələb edib. O, həmçinin qeyd edib ki, Aİ İsraildən İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaları genişləndirən və Fələstin Dövlətinin ərazi bütövlüyünü təhdid edən E1 Layihəsindən imtina etməyi tələb edib. O, Qəzzanı qan gölünə çevirən Qəzzaya Humanitar Yardım Fondunun (GHF) ləğv ediləcəyini də qeyd edib.