İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tərksilahla razılaşmasa, “cəhənnəm dağılar”.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın CBS xəbər kanalına müsahibəsində cari hadisələrlə bağlı açıqlamalar verib.
Qəzzadakı atəşkəs prosesinə də toxunan Netanyahu, "Sülhə şans verməyə razılaşdıq. Dedik ki, birinci hissəni tamamlayaq, indi ikinci hissəyə şans verək".
Gələcəkdə Həmas-ın tərksilahının qırmızı xətləri olduğunu ifadə edən Netanyahu, "Birincisi, Həmas silahlarından əl çəkməlidir. İkincisi, Qəzzada silah fabriklərinin olmaması təmin edilməlidir. Qəzzaya silah qaçaqmalçılığı olmamalıdır. Silahsızlanma da budur" dedi.
Netanyahu təhdid edir
ABŞ prezidenti Donald Trampın HƏMAS-ın tərksilah etməkdən imtina edəcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı əvvəlki açıqlamalarına toxunan Netanyahu, "O zaman cəhənnəm dağılar. Amma ümid etmirəm. Ümid edirəm ki, bunu sülh yolu ilə edə bilərik. Buna tamamilə hazırıq" deyib.
Netanyahu bildirib ki, bölgədə sülhün bərqərar olması "İsrail xalqına, bölgə xalqına və dünya xalqına verilə biləcək ən böyük hədiyyə" olacaq.