USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Kolumbiyanı sanksiyalarla hədələyib: “Mən bütün ödənişləri dayandırıram”

20.10.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Kolumbiyanı qeyri-qanuni narkotik ticarətində şərik olmaqda ittiham edib və ölkəyə bütün ödənişlərin dayandırılacağını və yeni tariflərin tətbiq ediləcəyini açıqlayıb.

“Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp Kolumbiyanı qanunsuz narkotik ticarətində şərik olmaqda ittiham edib.

Prezident Tramp Kolumbiyaya tarifləri artıracağını və Cənubi Amerika ölkəsinə bütün ödənişləri dayandıracağını bildirib.

Kolumbiyanı qeyri-qanuni narkotik ticarətində şərik olmaqda günahlandıran Tramp, "Onlar narkotiklə mübarizə aparmırlar, narkotik istehsal edirlər" deyib.