USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İrana qarşı yeni sanksiyaların anonsunu verdi

13.01.2026 Siyasət
0 0
Almaniya kansleri Fridrix Mertz İrandakı etiraz aksiyaları ilə əlaəqdar Tehrana qarşı Avropa İttifaqının hazırlamaqda olduğu yeni sanksiyaların anonsunu verib.

Kommersant.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz İran rəhbərliyini öz əhalisini təhdid etməyə deyil, əksinə qorumağa çağırırıq. Bu məsələdə qətiyyət göstərmək məqsədilə biz Avropa İttifaqının yeni sanksiyaları üzərində işləyirik”, - deyə almaniyalı hökumət başçısı bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla əməkdaşlıq edən ölkələrin mallarına qarşı 25 faizlik idxal rüsumun tətbiq olunacağını bəyan edib. Ağ Ev rəhbəri bu haqda sərəncamın dərhal qüvvəyə mindiyini açıqlayıb.