İranda iqtisadi problemlərə qarşı etirazlar davam edərkən, 8 yanvar zorakılıq hadisələrindən sonra tətbiq edilən internet və rabitə məhdudiyyətlərinin tədricən aradan qaldırılacağı açıqlanıb.
Yarı-rəsmi Fars Xəbər Agentliyinin təhlükəsizlik rəsmilərinə istinadən verdiyi məlumata görə, son zamanlar "təhlükəsizlik problemlərinin nəzarət altına alınması və terror təşkilatlarının əsas şəxslərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasından" sonra rabitə məhdudiyyətləri tədricən aradan qaldırılmağa başlayıb.
Rəsmilər bildiriblər ki, "internetə giriş məhdudiyyətləri xaricdəki müxalifət şəbəkələrinin daxili əlaqələrini əhəmiyyətli dərəcədə zəiflədib ki, bu da hadisələrin idarə olunmasında və terrorçu qrupların hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynayıb".
Təhlükəsizlik şəraitindən asılı olaraq rabitə xidmətlərini tədricən bərpa etmək planının bir hissəsi olaraq, birinci mərhələdə qısa mesaj xidmətləri (SMS) yenidən aktivləşdirilib. İkinci mərhələ milli internet şəbəkəsinə və daxili mesajlaşma tətbiqlərinə tam giriş təmin edəcək, üçüncü mərhələ isə beynəlxalq internetə çıxışı yenidən aktivləşdirəcək.
Yerli mənbələrə görə, "Eita" və "Bale" kimi daxili mesajlaşma tətbiqlərinə giriş bir neçə gündən sonra bərpa edilib.