USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Davosun gündəliyi dəyişdi

19.01.2026 Siyasət
0 0
Qərb ölkələrinin liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri yanvarın 19–23-də keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Davosda planlaşdırılan görüşün gündəliyinə Qrenlandiya məsələsinin daxil edilməsi üçün dəyişiklik ediblər.

Kommersant.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ilkin olaraq görüşün Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunması nəzərdə tutulurdu.

Lakin sonradan planlar yenilənib və müşavirlərin Qrenlandiya mövzusunu da müzakirə etməsi qərara alınıb.

Qeyd olunur ki, danışıqlar yanvarın 19-da keçiriləcək.