USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək

19.01.2026 Siyasət
0 0
Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək.

Kommersant.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılacaq.