ABŞ prezidenti Donald Tramp bildirib ki, "İranda yeni liderin müəyyənləşdirilməsində təsirim olacaq".
ABŞ prezidenti Donald Tramp Amerika mətbuatına verdiyi açıqlamada İrandakı son vəziyyəti qiymətləndirib. İrana hücumların "uğurlu" olduğunu iddia edən Tramp "İran rejimi təslim olacaq" deyib.
Tramp İranın razılaşma əldə etmək istədiyini iddia edərək deyib: "Biz İrana bütün neft və pul axınını, Venesueladan gələn hər şeyi, onların yeganə mənbəyini kəsdik".
Yeni İran lideri üzərində təsirinin dərəcəsi barədə soruşulduqda, Tramp "Mənim böyük təsirim olacaq, əks halda onlar heç bir razılığa gələ bilməyəcəklər. Biz xalq və rejimlə birlikdə İranı nüvə silahı olmadan gözəl şəkildə yenidən qura biləcək birinin hakimiyyətə gəlməsini təmin etmək üçün çalışacağıq" deyə cavab verib.
Tramp həmçinin ABŞ-İsrail hücumunda öldürülən mərhum Ayətullah Əli Xameneinin oğlu Murtaza Xameneinin onun yerinə gələ biləcəyi ilə bağlı xəbərləri izlədiklərini və gənc Xameneinin "qeyri-kafi" olduğunu əlavə edib.
"Bizim limitsiz silah ehtiyatlarımız var"
Tramp İrana qarşı hücumları davam etdirmək üçün böyük silah ehtiyatlarına sahib olduqlarını bildirib və əlavə edib: "Biz cərrahi müdaxilə həyata keçiririk. Bizim limitsiz silah ehtiyatlarımız var".