USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran nümayəndə heyəti Pakistanı tərk etdi

12.04.2026 Siyasət
0 0
İran nümayəndə heyəti ABŞ ilə 21 saatlıq danışıqlardan sonra Pakistanı tərk etdi.

Pakistanın ev sahibliyi ilə İran və ABŞ arasında danışıqların birinci mərhələsi dünən başa çatdı. Nəticəsiz başa çatan 21 saatlıq danışıqlardan sonra İran nümayəndə heyəti Pakistanı tərk etdi. ABŞ və İran arasında ikinci mərhələnin baş tutub-tutmayacağı hələlik məlum deyil.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf danışıqlarla bağlı açıqlamasında bildirib: "Danışıqlardan əvvəl xoş niyyətimizin və lazımi iradəmizin olduğunu vurğuladım, lakin əvvəlki iki müharibənin təcrübələrinə görə qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım irəliləyiş üçün 168 təşəbbüs irəli sürdülər, lakin qarşı tərəf bu mərhələdə İran nümayəndə heyətinin etimadını qazana bilmədi. ABŞ bizim məntiqimizi və prinsiplərimizi başa düşdü. İndi qərar verməyin vaxtıdır. Onlar bizim etimadımızı qazana biləcəklərmi, yoxsa yox?"