USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni Klinikaya yeni direktor təyin edildi

01.05.2026 Siyasət
0 0
Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı Yeni Klinikaya direktor təyin edilib.

Kommersant.az xəbər verir ki, Z.Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimotoloq kimi, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya, həmçinin Anesteziologiya və reanimasiya şöbəsinə rəhbərlik edib.

2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.

2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. 2020-ci ildən Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının İcraçı direktoru, 2024-cü ildən “Society in Europe for Simulation Applied to Medicine” (SESAM) təşkilatının üzvüdür. Z.Vəzirova 55-dən artıq elmi nəşrin müəllifidir.