USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ziraat Bank (Azərbaycan)"ın mənfəətti 3 dəfəyə yaxın azaldı

22.01.2019 Problemli Banklar
0 0
"Ziraat Bank (Azərbaycan)"nın 2018-ci ilin 31dekabrına olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2018 -ci ilin dekabr ayında bankın cəmi aktivləri 41 mln. 253 min manat artaraq 227 mln. 918 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 39 mln. 717 min manat artıb. Belə ki, 2018-ci ilin 4-cü rübündə bankın cəmi öhdəlikləri 160 mln. 486 min manat olub.

CƏMİ KAPİTALI, KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

Bankın cəmi kapitalı 1 mln. 537 min manat artaraq 67 mln. 432 min manat olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin dekabr ayında 37 mln. 605 min manatlıq kredit portfelini artıran bank, 2018 -ci ilin 4-cü rübündə 105 mln. 486 min manatlıq kredit portfeli açıqlayıb. Bununla yanaşı bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 322 min manat artaraq 80 mln. 450 min manat olub.

XALİS MƏNFƏƏTİ KƏSKİN AZALIB

Bankın xalis mənfəəti kəskin azalıb. Belə ki, 2017-ci ilin 4-cü rübündə 4 mln. 63 min manat xalis mənfəəti olan "Ziraat Bank (Azərbaycan)" 2018-ci ilin 4-cü rübündə 1 mln. 374 min manat xalis mənfəətə sahib olduğunu bildirdi. Bununla da analoji dövrlə müqayisədə bankın xalis mənfəəti 3 dəfəyə yaxın (2.96 dəfə) azalıb.

BANKIN FAİZ GƏLİRLƏRİ ARTIB

Bankın xalis faiz gəlirləri 1 mln. 239 min manat artaraq 9mln. 808 min manat olub. Bundan başqa bankın qeyri-faiz gəlirləri 883 min manat artaraq 5 mln. 75 min manat, qeyri-faiz xərcləri isə 1 mln. 285 min manat artaraq 7 mln. 790 min manat olub.

MƏCMU KAPİTALI ARTIB

"Ziraat Bank (Azərbaycan)" 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2018-ci il dekabr ayında 1 milyon manata yaxın (979 min manat) məcmu kapitalında artım olduğunu açıqlayıb. Bununla da bankın tutulmalardan sonrakı məcmu kapitalı 63 mln. 934 min manat olub. Məcmu kapitalı adekvatlıq əmsalı 27,67% təşkil edib ki, bu da normadan 17,67% çoxdur.

  • Əvvəlki

    "Neft Daşları"ndakı meydança belə çökdü - ANİDƏN YOX OLDU

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
Biznesmenlər "Express Bank"a üz çevirdi
0 0