USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT

15.03.2021 Problemli Banklar
0 0
“Bank BTB” 2020-ci ilin 4-cü rübünə olan hesabatına görə bankın əsas maliyyə göstəriciləri azalıb.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Bank BTB” –nin xalis mənfəəti 2019-cu ilin son rübü ilə müqayisədə 16 milyon 653 min manat və ya 2.2 dəfə azalaraq 9 milyon 130 min manat zərərə çatıb.

Bankın cəmi aktivləri 1 il ərzində 14 milyon 595 min manat artaraq 356 milyon 137 min manata bərabər olub. Buna baxmayaraq bankın müştərilərinə verdiyi xalis kreditlərin həmcmi 553 min manat azalıb.

Depozit portfelinin 6 milyon manat artması bankın öhdəliklərinin artmasına da səbəb olub. Belə ki, “Bank BTB”-nin cəmi öhdəlikləri 1 il ərzində 24 milyon 584 min manat artaraq 302 milyon 156 min manata yüksəlib.

Bankın cəmi kapitalı 39 milyon 991 min manat azalaraq 53 milyon 980 min manata enib.

Faiz gəlirləri 26 milyon 101 min manat, faiz xərcləri isə 14 milyon 163 min manat olan “Bank BTB”-nin xalis faiz gəlirləri 11 milyon 938 min manata bərabər olub. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 708 min manat çoxdur. Qeyri-faiz gəliri 5 milyon 37 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 31 min manat olub ki, bu da bankın əməliyyat mənfəətinin azalmasına səbəb olub. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 714 min manat azalaraq 1 milyon 944 min manata enib.

“Bank BTB”-nin məcmu kapitalı2020-ci ilin yekun rübündə 9 milyon 372 min manat və ya 15.1% azalaraq 52 milyon 727 min manata düşüb.

Qeyd edək ki, Məcmu kapitalın məqsədi və ona dair tələblər haqqında qanunun 3.2. maddəsinə görə bankların məcmu kapitalı 50 milyondan az olmamalıdır.

Bank BTB

2020 (IV Rüb)

2019 (IV Rüb)

Fərq

CəmiAktivlər

356,137

341,542

+14,595

CəmiÖhdəlik

302,156

277,572

+24,584

CəmiKapital

53,980

93,971

-39,991

XalisKredit

206,096

206,649

-553

Depozit

139,347

133,344

+6,003

FaizGəliri

26,101

22,017

+4,084

FaizXərci

14,163

11,788

+2,375

XalisFaizGəliri (Zərəri)

11,938

10,230

+1,708

Qeyri-FaizGəliri

5,037

6,797

-1,760

Qeyri-FaizXərci

15,031

14,369

+662

ƏməliyyatMənfəəti (Zərəri)

1,944

2,658

-714

XalisMənfəət (Zərər)

(-9,130)

7,523

-16,653

MənfəətVergisi

0

0

0

MəcmuKapital

52,727

62,099

-9,372

  • Əvvəlki

    Mərkəzi Bank dollarla bağlı yeni məlumat yaydı

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0