USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xalq Bank"ın mənfəəti 23%-dək - AZALIB

15.03.2021 Problemli Banklar
0 0
“Xalq Bank” 2020-ci ilin son rübünə olan maliyyə göstəricilərinin əksəriyyətində geriləyib.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, "Xalq Bank"ın cəmi aktivləri 2020-ci ilin sonunda 105 milyon 378 min manat və ya 4.2% azalaraq 2 milyard 353 milyon 90 min manata enib. Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin həcminin 345 milyon 332 min manat və ya 19.2% azalaraq 1 milyard 454 milyon 135 min manata düşməsidir. Bundan başqa bankın cəmi öhdəliklərində də azalma müşahidə olunub. Belə ki, "Xalq Bank"ın öhdəliklər cəmi 1 il ərzində 122 milyon 436 min manat və ya 6% azalaraq 1 milyard 916 milyon 302 min manatadək düşüb. Bunun əsas səbəbi isə bankda yerləşdirilən depozitlərin 124 milyon 443 min manat və ya 7.2% azalaraq 1 milyard 590 milyon 491 min manata enməsidir.

"Xalq Bank"ın aktivlər cəmi 1 il ərzində 17 milyon 59 min manat artaraq 436 milyon 788 min manata çatıb.

Bankın faiz gəliri 103 milyon 447 min manat, faiz xərcləri 19 milyon 676 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 78 milyon 896 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 milyon 363 min manat azdır. Qeyri-faiz gəliri 27 milyon 507 min manat, qeyri-faiz xərcləri isə 54 milyon 260 min manat olan bankın əməliyyat mənfəəti 52 milyon 143 min manata çatıb.

"Xalq Bank"ın xalis mənfəəti 1 il ərzində 7 milyon 672 min manat və ya 22.9% azalaraq 25 milyon 774 min manata düşüb. Buna görə də bankın mənfəət vergisi 1 milyon 709 min manat azalıb.

Bankın məcmu kapitalı 9 milyon 421 min manat azalaraq 420 milyon 540 min manata enib.

Xalq Bank

2020 (IV Rüb)

2019 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

2.353,090

2.458,468

-105,378

Cəmi Öhdəlik

1.916,302

2.038,738

-122,436

Cəmi Kapital

436,788

419,729

17,059

Xalis Kredit

1.454,135

1.799,467

-345,332

Depozit

1.590,491

1.714,934

-124,443

Faiz Gəliri

103,447

111,287

-7,840

Faiz Xərci

19,676

19,338

338

Xalis Faiz Gəliri (Zərəri)

78,896

84,259

-5,363

Qeyri-Faiz Gəliri

27,507

19,014

8,493

Qeyri-Faiz Xərci

54,260

55,433

-1,173

Əməliyyat Mənfəəti (Zərəri)

52,143

47,839

4,304

Xalis Mənfəət (Zərər)

25,774

33,446

-7,672

Mənfəət Vergisi

6,813

8,522

-1,709

Məcmu Kapital

420,540

429,961

-9,421

  • Əvvəlki

    Neftin qiyməti 70 dollara çatdı

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0