USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti 70 dollara çatdı

15.03.2021 İqtisadiyyat
0 0
Çinin güclü makrostatistik məlumatları sayəsində 15 mart səhərdən etibarən neft qiymətləri qalxıb. Ticarətçilər enerjidaşıyıcıların tələbinə nikbin baxırlar.

"Kommersant.az" xəbər verir ki, xüsusilə Çində aviasiya yanacağına tələb artmaqdadır. Tələbin 2021-ci ilin fevralında bir il əvvələ nisbətən 3 dəfə çox olduğu ortaya çıxıb.

Nəticədə, Brent bir barel üçün 0,68% bahalaşaraq 69,69 dollara yüksəlib.

WTI bir barel üçün 0,78% bahalaşaraq 66,12 dollar təşkil edib.