USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank VTB Azərbaycan rəhbərliyinə təyin olunanlar buraya korrupsiya ilə məşğul olmağa gəlir" - ƏKRƏM HƏSƏNOV

20.02.2023 Problemli Banklar
24 6
“Bank VTB-nin Azərbaycanda müştəriləri elə də çox deyil. Bu səbəbdən böyük və uğurlu bank ola bilməyib".

"Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov VTB-nin Krımda filial açmasının Azərbaycanda fəaliyyət göstərən Bank VTB-yə təsiri haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Bank VTB Rusiyanın ikinci iri bankıdır və Rusiya Krımı öz ərazisi saydığı üçün bank orada filialını açıb:

"Azərbaycana gəlincə, bəli, mənim də öz şəxsi müşahidələrimə əsasən əhalimizin əksəriyyəti Ukraynaya dəstək verir. Əlbəttə, Rusiyanın da Azərbaycanda tərəfdarları var. Amma bu bankın Azərbaycandakı fəaliyyətini uğurlu hesab etmək olmaz. Bankın Azərbaycan filialına Rusiyadan kimi təyin edirlərsə, bura oğurlamağa, korrupsiya ilə məşğul olmağa gəlir".

Bankın Azərbaycandakı kredit portfelindən də danışan ekspert bildirib ki, kreditlər "ən uyğunsuz" müştərilərə verilir, buna görə də kredit siyasəti uğursuz olur:

"Özləri də bundan pul qazanır. Bu bankın Azərbaycanda imici həddən artıq mənfidir".

Əkrəm Həsənov qeyd edib ki, Bank VTB-nin Ermənistanda da filialı var:

"Hətta 2008-ci ilə qədər Ermənistan VTB-nin Qarabağda da filialı var idi. Bu səbəbdən Azərbaycan filialın ölkə ərazisində qanunsuz fəaliyyətinə görə bağlanmasını tələb etmişdi".

  • Əvvəlki

    Avronest PA-nın Büro iclasında Ermənistanın dəstəklədiyi qətnamə rədd edildi

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0