USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hüquqi şəxslər dövlət bankından qaçıb

21.07.2023 Problemli Banklar
47 26
“Azərbaycan Beynəlxalq Bankı” öhdəliklər cəmini 829 milyon 924 min manat və ya 7.9 faiz azaldaraq 9 milyard 693 milyon 513 min manata endirib. Bu azalmanın əsas səbəbi depozit portfelinin ötən ilin 2-ci rübü ilə müqayisədə 595 milyon 517 min manat və ya 6.5 faiz azalaraq 8 milyard 524 milyon 966 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 329 milyon 677 min manat artaraq 2 milyard 19 milyon 179 min manata yüksəlib. Amma hüquqi şəxslər bankdakı əmanətlərinin 12.45 faizini geri götürüblər. Nəticədə bankın hüquqi şəxslərdən topladığı depozitlərin həcmi ötən ilin müvafiq rübü ilə müqayisədə 925 milyon 193 min manat azalaraq 6 milyard 505 milyon 787 min manata enib. Hüquqi şəxslərin vəsaitlərini geri çəkməsi bankın öhdəliklərində 8%-ə yaxın azalmaya səbəb olub. Bu azalmanın 35 faizinin qarşısını isə fiziki şəxslərin əmanətlərinin artması alıb.

  • Əvvəlki

    “Azərbaycan Beynəlxalq Bankı”nın aktivlər cəmi 2.4% azalıb - HESABAT

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0