USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Beynəlxalq Bankı”nın aktivlər cəmi 2.4% azalıb - HESABAT

21.07.2023 Problemli Banklar
44 23
“Azərbaycan Beynəlxalq Bankı” (qısaca - ABB) cari ilin ilk yarısını aktivlər cəmini azaldaraq yekun vurub.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, ABB-nin cəmi aktivləri ötən ilin eyni rübü ilə müqayisədə 288 milyon 499 min manat və ya 2.4 faiz azalaraq 11 milyard 794 milyon 455 min manata düşüb. Bu azalmanın əsas səbəbi nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcminin 1 milyard 755 milyon 479 min manat azalmasıdır. Bankın kredit portfelinin 747 milyon 96 min manat artması isə bu azalmanı kiçildib. Belə ki, bankın istehlak kreditləri 289 milyon 726 min manat artaraq 1 milyard 160 milyon 517 min manata, biznes kreditləri 208 milyon 292 min manata, daşınmaz əmlak kreditləri isə 249 milyon 78 min manat artaraq 1 milyard 46 milyon 143 min manata bərabər olub. Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 65 milyon 857 min manat 331 milyon 43 min manata yüksəldib. Nəticədə bankın xalis kreditləri 681 milyon 239 min manata artaraq 3 milyard 856 milyon 893 min manata yüksəldib.

  • Əvvəlki

    Dollar ucuzlaşır - Manatı nə gözləyir?

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0