USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank” faiz gəliri - AZALIB

27.07.2023 Problemli Banklar
29 49
“Rabitəbank”ın faiz gəliri 10 milyon 520 min manat artaraq 42 milyon 105 min manata, faiz xərcləri isə 4 milyon 644 min manat artaraq 13 milyon 512 min manata çatıb.

Kommersant.az xəbər verir ki, bunun nəticəsində bank 28 milyon 593 min manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 881 min manat və ya 25.9 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 151 min manat azalaraq 22 milyon 195 min manat düşüb. Qeyri-faiz xərclərini isə 5 milyon 141 min manat artıraraq 39 milyon 901 min manat edən “Rabitəbank” yekunda əməliyyat mənfəəti əldə edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 589 min manat çoxdur.

  • Əvvəlki

    “Rabitəbank” kapitalını cuzi artırıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0