Cari ilin birinci rübündə 4 milyon 62 min manat yığılmış zərərinin olduğunu açıqlayan “Rabitə Bank” bu ilin ilk yarısında 10 milyon 382 min manatlıq xalis mənfəət açıqlayıb. Bu da ötın ilin sonu ilə müqayisədə 5 milyon 222 min manat çoxdur.
Kommersant.az “Rabitəbank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2022 ci ilin sonu ilə müqayisədə 70 milyon 477 min manat və ya 7.37 faiz artaraq 1 milyard 25 milyon 467 min manat olub. Bu artımda əsas pay bankın kredit portfelinin üstünə düşüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 70 milyon 894 min manat və ya 11.6 faiz artaraq 681 milyon 771 min manata yüksəlib.
“Rabitəbank”ın istehlak kreditləri 24 milyon 424 min manat artaraq 230 milyon 29 min manata, biznes kreditləri 28 milyon 220 min manat artaraq 333 milyon 624 min manata, daşınmaz əmlak krediti isə 18 milyon 250 min manat artaraq 118 milyon 118 min manata bərabər olub. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatını 3 milyon 350 min manat azaldaraq 20 milyon 500 min manata salıb. Buna görə də “Rabitəbank”ın xalis kreditləri 661 milyon 271 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 74 milyon 244 min manat və ya 12.64 faiz çoxdur.
“Rabitəbank”ın cəmi öhdəlikləri 78 milyon 138 min manat və ya 9.26 faiz artaraq 912 milyon 532 min manata yüksəlib. Bankın öhdəliklər cəminin artmasının səbəbi “Rabitəbank”ın kredit təşkilatlarıvə digər maliyyə institutları qarşısındakı öhdəliklərinin 38 milyon 87 min manat artmasıdır. Bu da öhdəliklər cəminin artmasında 48.7 faiz pay deməkdir. Bir digər artım isə bankın borc qiymətli kaöızlarının dəyərinin 100% artaraq 15 milyon 15 min manata çatmasıdır. Bu artımlara baxmayaraq bankın depozit portfeli cəmi 4 milyon 584 min manat artıb. Çünki şirkətlər bankdakı depozitlərinin 34 milyon 747 min manatlıq həcmini geri çəkərək “Rabitəbank”ın hüquqi şəxslərdən topladığı depozitlərin həcmini 255 milyon 225 min manata endirib.
Fiziki şəxslərin “Rabitəbank”dakı əmanətləri isə 39 milyon 330 min manat artaraq 356 milyon 362 min manata yüksəlib. Buna görə də depozit portfeli cəmi 0.7 faiz arta bilib.
Səhmdar kapitalını dəyişdirməyən “Rabitəbank” bu ilin ikinci yarısında yığılmış zərərdən canını qurtara bilib. Belə ki, bankın əldə etdiyi bölüşdürülməmiş mənfəəti 382 min manat artaraq 1 milyon 241 min manata yüksəlib. Bankın ümumi ehtiyyatları isə 957 min manat artaraq 10 milyon 394 min manat olub. Yekunda bankın cəmi kapitalı cəmi 1 milyon 339 min manat artaraq və ya 1.2 faiz artaraq 112 milyon 935 min manata bərabərləşib.
Rabitəbank
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
1.025,467
954,990
70,477
Kredit
681,771
610,877
70,894
İstehlak kreditləri
230,029
205,605
24,424
Biznes kreditləri
333,624
305,404
28,220
Daşınmaz əmlak kreditləri
118,118
99,868
18,250
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
20,500
23,850
-3,350
Xalis Kreditlər
661,271
587,027
74,244
Cəmi Öhdəliklər
912,532
843,394
78,138
Depozit
611,588
607,004
4,584
Fiziki şəxslərin depozitləri
356,362
317,032
39,330
Hüquqi şəxslərin depozitləri
255,225
289,972
-34,747
Cəmi Kapital
112,935
111,596
1,339
Səhmdar kapitalı
101,300
101,300
0
Bölüşdürülməmiş mənfəət
1,241
859
382
Ümumi ehtiyatlar
10,394
9,437
957
“Rabitəbank”ın faiz gəliri 10 milyon 520 min manat artaraq 42 milyon 105 min manata, faiz xərcləri isə 4 milyon 644 min manat artaraq 13 milyon 512 min manata çatıb. Nəticədə bank 28 milyon 593 min manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 881 min manat və ya 25.9 faiz çoxdur.
Bankın qeyri-faiz gəliri 151 min manat azalaraq 22 milyon 195 min manat düşüb. Qeyri-faiz xərclərini isə 5 milyon 141 min manat artıraraq 39 milyon 901 min manat edən “Rabitəbank” yekunda əməliyyat mənfəəti əldə edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 589 min manat çoxdur.
Bankın məcmu kapitalı 6 milyon 540 min manat artaraq 109 milyon 147 min manat olub.
Qeyd edək ki, “Rabitəbank”ın aktivlərinin gəliri (ROA) 0.47 faiz artaraq 1.01 faizə, kapitalının gəlirliyi isə (ROE) 4.57 faiz artaraq 9.19 faizə bərabər olub.