Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasının müddətini uzatdı

09.04.2021 Sərfəli Banklar
Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətinin, onların marağını və istəyini nəzərə alaraq, uzadılması barədə qərar vermişdir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Krediti Azər Türk Bankın saytına daxil olub online sifariş vermək mümkündür.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniyanın müddəti 31 may 2021-ci il tarixinədək uzadılmışdır.

  • Əvvəlki

    AMB pandemiya ilə əlaqədar banklara edilən güzəştlərin müddətini uzatdı

Digər xəbərlər

09.04.2021 Sərfəli Banklar
“AccessBank” tender elan edir
0 0
08.04.2021 Sərfəli Banklar
“AccessBank” müştərilərinin nəzərinə
0 0