USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank” aktivlər üzrə hesabatı

16.02.2023 Sərfəli Banklar
13 6
“Yelo Bank” 2022-ci ilin sonunda cəmi aktivlərini artırıb. Bu artımın əsas səbəbi bankın kredit portfelinin artmasıdır.

Kommersant.az xəbər verir ki, “Yelo Bank”ın aktivlər cəmi 287 milyon 814 min manat və ya 53.9% artaraq 821 milyon 535 min manata çatıb. Bu yüksəlmənin 61.1%-ni kredit portfeli təşkil edib. Belə ki, sözügedən bankın kredit portfeli 175 milyon 911 min manat və ya 39.4% artaraq 621 milyon 948 min manata bərabər olub.

BİZNES KREDİTLƏRİNDƏ CİDDİ ARTIM

“Yelo Bank” biznes kreditlərini 137 milyon 339 min manat və ya 53% artıra bilib. Beləliklə bankın bzines kreditləri 2022-ci ilin sonunda 396 milyon manat olub. Bununla yanaşı “Yelo Bank”ın istehlak kreditləri 41 milyon 896 min manat və ya 37.5% artaraq 153 milyon 448 min manata çatıb.

Daşınmaz əmlak kreditləri isə 3 milyon 325 min manat 0.4% azalaraq 72 milyon 498 min manata enib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 186 min manat endirən bankın xalis kreditləri 178 milyon 96 min manat və ya 43.9% artaraq 583 milyon 351 min manaat yüksəlib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 186 min manat azaldaraq 38 milyon 596 min manata endirib. Nəticədə bankın xalis kreditləri 583 milyon 351 min manat olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 178 milyon 96 min manat və ya 43.9% çoxdur.

Yelo Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

821.535

533.721

287.814

Kredit

621.948

446.037

175.911

İstehlak kreditləri

153.448

111.552

41.896

Biznes kreditləri

396.001

258.662

137.339

Daşınmaz əmlak kreditləri

72.498

75.823

-3.325

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

38.596

40.782

-2.186

Xalis Kreditlər

583.351

405.255

178.096

  • Əvvəlki

    “Ziraat Bank”ın aktivlər cəminin göstəriciləri

Digər xəbərlər